23:37 07-10-2021
news_image
112
FUTBOL

“Yuventus” onu qışda transferə çıxaracaq

“Yuventus”un qış fasiləsində transferə çıxaracağı ilk futbolçunun adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, “qoca sinyora” yarımmüdafiəçi Aaron Remsidən məmnun deyil.

Turin klubunun rəhbərliyi Uels millisinin üzvü ilə yolları ayırmağı planlaşdırır. Bu üzdən A seriyası təmsilçisi 30 yaşlı orta sahə oyunçusu üçün qışda gələcək təklifləri nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, Aaron Remsi 2019-cu ildən “Yuventus”un formasını geyinir.