00:42 08-10-2021
news_image
134
FUTBOL

“Milan” “Real”ın hücumçusunu almaq qərarına gəldi

“Milan” icarə əsasında komandada çıxış edən Braim Diasla bağlı qərarını verib.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “rossonyerlər” 22 yaşlı hücumçunun performansından razıdır.

Klub rəhbərliyi müqavilə ilə “Real”a məxsus olan İspaniya millisinin üzvünü birdəfəlik transfer etmək niyyətindədir. A seriyası təmsilçisi Diasın hüquqlarını almaq istəsə də, bu məsələdə son sözü madridlilər deyəcək.

Qeyd edək ki, Braim Dias ötən ildən “Milan”ın formasını geyinir.