15:50 07-10-2021
news_image
108
FUTBOL

AFFA-dan hakimləri tənqid edən baş məşqçiyə xəbərdarlıq

AFFA İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, komitə Azərbaycan Premyer Liqasının VI turunda keçirilən matçlarda qeydə alınmış neqativ hallara hüquqi qiymət verib.

Çempionatın autsayderi “Sabah” səfərdə “Keşlə”yə məğlub olmaqla yanaşı, həm də cəriməyə məruz qalıb. Həmin qarşılaşmada 4 futbolçusu sarı vərəqə aldığı üçün Bakı klubu 800 manat cərimə ödəməli olacaq.

Bundan başqa, “Sabah”ın bəzi rəsmi şəxsləri “A” buraxılış vərəqəsindən istifadə etmədiyinə görə klub 800 manat cərimə olunub. Mətbuat konfransı zamanı baş məşqçi Ramin Quliyev hakimlərin idarəçiliyinə qarşı iradlarla çıxış etdiyi üçün isə bakılılara xəbərdarlıq olunub.

“Zirə” – “Sumqayıt” qarşılaşmasında isə meydança vaxtında sulanmadığı üçün meydan sahibi 800 manatlıq cəriməyə məruz qalıb.