16:15 07-10-2021
news_image
315
FUTBOL

Ən çox qazanan futbolçuların siyahısında lider dəyişdi

Kriştiano Ronaldonun “Yuventus”dan “Mançester Yunayted”ə keçidi İngiltərə klubunun səhmlərinin dəyərini 650 milyon avroya çatdırıb.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı forvard özü də “Forbes” nəşrinin araşdırmasına əsasən, ən çox qazanan futbolçular sırasında ilk pilləyə yüksəlib.

Portuqaliyalı superulduzun 2021/22 mövsümündə vergini çıxdıqdan sonrakı qazancı 106,6 milyon avro təşkil edəcək. Bunun 59,7 milyon avrosu “Old Trafford”a qayıtdığı üçün alacağı maaş və bonuslardır.

Cədvəldə ikinci yerdə yayda “Barselona”nı PSJ-yə dəyişən Lionel Messi qərarlaşır. Argentinalı 93,8 milyon avroluq gəlirlə Ronaldonu izləyir. İlk “dördlüy”ün son sakinləri isə PSJ-nin digər hücumçuları Neymar (81 milyon avro) və Kilian Mbappedir (36,7 milyon).