16:33 07-10-2021
news_image
158
FUTBOL

Hakimi söyən “Neftçi”nin futbolçusu cəzalandırıldı

AFFA-nın İntizam Komitəsinin bu gün təşkil olunan iclasında I divizion və aşağı yaş qrupu liqalarında baş vermiş neqativ hallar müzakirə olunub.

Apasport.az saytının məlumatına görə, komitə bəzi sərt qərarlar vermək məcburiyyətində olub.

Ən diqqətçəkəni U-17 Liqasının “Keşlə” – “Neftçi” görüşü ilə bağlı olub. Matçın 32-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alan “Neftçi”nin futbolçusu İbrahim İbrahimli 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.

I divizionun III turunun “Keşlə-2” – “Qəbələ-2” görüşündə isə ev sahibləri həvəskar davranışın qurbanı olub. “Keşlə”nin ikinci komandasının qapıçısının formasında qüsur olduğundan, ikinci hissə gec başlayıb. Bu, bakılıların 80 manat cərimələnməsinə səbəb olub.