17:08 07-10-2021
news_image
126
FUTBOL

“Barselona” 25 milyonluq yarımmüdafiəçiyə “elçi düşdü”

İspaniyanın “Barselona” klubu heyətinə yeni yarımmüdafiəçi qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi Toma Lemarın xidmətində maraqlıdır.

Barselonalılar “Atletiko”nun 25 yaşlı yarımmüdafiəçisinin heyəti gücləndirəcəyi qənaətindədir. Futbolçunun transfer qiyməti 25 milyon avrodur.

Qeyd edək ki, Lemarın müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.