11:13 08-10-2021
news_image
201
FUTBOL

“13”də “13”dən uzaqlaşmaq arzusu

Azərbaycanın U-21 yığması sabah növbəti oyununa çıxacaq.

Apasport.az saytının məlumatına görə, Finlandiya ilə Sumqayıtdakı görüş yığmamızın Avropa çempionatlarının seçmə mərhələlərində 115-ci sınağı olacaq.

Komandamız indiyədək 13 qələbə qazanıb. 13-cü uğur da 23 ay öncə Lixtenşteynlə matça təsadüf edib. 2019-cu ilin noyabrındakı 1:0 hesablı qələbədən sonra 6 oyuna çıxan yığmamız qalib gələ bilmir.

Qələbə sayı nəhsdə qalan milli 19 heç-heçə edib və 82 dəfə uduzub. Rəqib qapılarına 64 qol vuran komandamız 264 top buraxıb.

Nəhs qələbədən sonra uğur arzusunda olan yığmanın baş məşqçisi Milan Obradoviç nəhs görüşə çıxacaq. Bu, serbiyalının U-21-də 13-cü matçı olacaq. 2 qələbə və 10 məğlubiyyət görən legionerin yetirmələri 6 qol vurubsa, 26-nı buraxıb.

Finlandiya ilə qarşılaşmalar millimizə uğur gətirməyib. Əvvəlki 4 görüşdə qələbə və qol üzünə həsrət yığmanın təsəllisi 1 xal olub. Əvəzində milli 5 qol buraxıb.

AVRO-2004-ün (0:3, 0:1) və AVRO-2017-nin (0:1, 0:0) seçmə mərhələlərində diqqətçəkən ev oyunlarının eyni nəticə ilə bitməsidir. Yığmamız öz meydanındakı hər iki qarşılaşmada 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan – Finlandiya oyunu Sumqayıtda keçiriləcək.