17:52 07-10-2021
news_image
141
FUTBOL

PSJ-nin hücumçusuna İtaliyadan daha bir müştəri

“Yuventus” hücumçu transferində israrını davam etdirir.

Apasport.az saytının məlumatına görə, “qoca sinyora” ön xəttə axtarışlarını davam etdirir.

Kriştiano Ronaldonun gedişindən sonra qolçu sarıdan problemlə üzləşən Turin təmsilçisi indi də Mauro İkardini İtaliyaya qaytarmağın planlarını cızır. Həmçinin “Milan”ın da diqqət mərkəzində olan “İnter”in sabiq üzvü özü də PSJ-ni tərk etmək istəyir. Çünki Argentina millisinin üzvü həmyerlisi Lionel Messinin gəlişindən sonra əsas heyətə düşmək ümidini itirib.

Qeyd edək ki, Mauro İkardinin PSJ ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.