09:36 08-10-2021
news_image
121
FUTBOL

89 ildən sonra ilk yaşandı, Mbappe rekord qırdı

Millətlər Liqasının ikinci yarımfinal oyunu maraqlı məqamlarla əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, Fransanın Belçika üzərində 3:2 hesablı əzmkar qələbə qazandığı matçda Kilian Mbappe və Ernandes qardaşları tarixə düşüb.

Teo və Luka bu qarşılaşmaya start heyətində meydana çıxıb. Onlar Fransa yığmasının tarixində son 89 ildə “11-lik”də yer alan ilk qardaşlar olub. Sonuncu belə hadisə 1932-ci ildə yaşanıb. Jan və Lüsyen Loren buna nail olub. 1974-cü ildə Erve və Patrik Revelli yığmada olsa da, eyni vaxtda start heyətində yer almayıb.

Bu qarşılaşma Mbappenin yığmada 50-ci oyunu olub. O, 22 yaş 291 günlüyündə “100”ü yarılayıb. O, buna ən gənc yaşında nail olan fransalıdır. Kilian komanda yoldaşı Kərim Benzemanın rekordunu qırıb. Sonuncu 24 yaş 240 günlüyündə 50-ci matçına çıxıb.