10:20 08-10-2021
news_image
77
FUTBOL

Benzema qol vurursa...

Fransa millisinin futbolçusu Kərim Benzemanın qol vurduğu oyunlarda komandası uduzmur.

Apasport.az saytının məlumatına görə, belə matçların sayı artıq 25-ə çatıb.

Hücumçu Millətlər Liqasının Belçika ilə yarımfinal oyununda (3:2) fərqlənib. O, 62-ci dəqiqədə komandasının ilk qolunu vurmaqla geridönüşün təməlini qoyub.

Fransa Kərimin qol vurduğu qarşılaşmalarda 23-cü qələbəsini qazanıb. İki görüşdə isə heç-heçə qeydə alınıb.