16:49 08-10-2021
news_image
70
FUTBOL

“Roma” iki futbolçusunu saxlayır

İtaliyanın “Roma” klubu iki futbolçusu ilə müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi yarımmüdafiəçi Cordan Veretu və müdafiəçi Canluka Mançinini daha uzun müddət heyətində saxlamağa qərar verib.

Klub rəhbərliyi hər iki oyunçu ilə bağlı danışıqlara start verib. Onların hazırkı anlaşmaları 2024-cü ildə başa çatacaq.

Paytaxt klubu anlaşmanı ən azı daha bir il müddətinə artırmaq istəyir. Yeni müqavilə ilə bağlı danışıqların yaxın günlərdə yekunlaşacağı gözlənilir.