10:41 08-10-2021
news_image
80
FUTBOL

Azərbaycan Premyer Liqasında VII turun təqvimi açıqlandı

Azərbaycan Premyer Liqasında VII turun oyun cədvəli açıqlanıb.

Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, I dövrənin son matçları iki günü əhatə edəcək.

Tur “Qəbələ” – “Zirə” qarşılaşması ilə başlayacaq. Dövrənin son görüşündə isə “Sabah” “Qarabağ”la üz-üzə gələcək.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası
VII tur
16 oktyabr (şənbə)
16:00. “Qəbələ” – “Zirə”

Qəbələ şəhər stadionu

18:00. “Səbail” – “Keşlə”
“ASCO Arena”

17 oktyabr (bazar)
16:30. “Sumqayıt” – “Neftçi”

“Kapital Bank Arena”

18:45. “Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”