14:45 08-10-2021
news_image
84
FUTBOL

Kurtua: “Üçüncü yer uğrunda oyun kimə lazımdır?”

Belçika millisinin qapıçısı Tibo Kurtua Millətlər Liqasında üçüncü yer uğrunda keçiriləcək oyun barədə fikirlərini bildirib.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı qolkiper bunu mənasız qarşılaşma sayır.

Onun fikrincə, İtaliya ilə keçiriləcək görüşün heç bir əhəmiyyəti yoxdur: “İtaliya ilə keçirəcəyimiz üçüncü yer uğrunda oyun tamamilə faydasızdır. Üçüncü yer heç kimi qane etmir. Anlamıram, bu oyun kimə lazımdır?”

Qeyd edək ki, yarımfinalda Fransaya 2:3 hesabı ilə uduzan Belçika oktyabrın 10-da üçüncü yer uğrunda matçda İtaliya ilə üz-üzə gələcək.