11:47 08-10-2021
news_image
113
FUTBOL

Yığma tarixinin yeni bombardiri

Ekvador yığmasının kapitanı Enner Valensiya ölkə futbolunun tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, 31 yaşlı hücumçu DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Biliviya ilə görüşdə buna nail olub.

Üç dəqiqə ərzində dubla imza atan Valensiya yığmadakı qollarının sayını 33-ə çatdırıb. Bununla o, Ekvador millisinin ən məhsuldar futbolçusu ünvanını ələ keçirib. Valensiya 31 qola malik Aqustin Delqadoya məxsus rekordu yeniləyib. “Fənərbaxça”nın üzvünə 33 qol üçün 65 oyun kifayət edib.

Qeyd edək ki, Boliviyanı 3:0 hesabı ilə məğlub edən Ekvador 10 turdan sonra 16 xalla 3-cü pillədə qərarlaşır.