12:08 08-10-2021
news_image
277
FUTBOL

Ölkə futbolunun problemi haqda: “Futbolçuları Azərbaycana satırlar”

Rumıniya millisinin sabiq futbolçusu George Krayovyanu ölkə futbolunun hazırkı durumunu dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, 53 yaşlı mütəxəssis futbolçularının böyük klublarda çıxış etməmələrinə münasibət bildirib.

Futbolçu dönəmində “Vilyarreal”, “Xetafe” kimi klublarda çıxış etmiş Krayovyanu bunun səbəbini oyunçuların karyera əvəzinə pulu üstün tutmalarında görüb. O, hətta klubları futbolçularını Azərbaycan və digər ölkələrə satdıqları üçün tənqid edib: “Klublar gəncləri Azərbaycan və ya ərəb ölkələrinə satırlar. Çünki pul qazana bilirlər. Bu da yaxşı karyeradan, inkişafdan imtina etmək deməkdir”.

O, Aleksandru Çiçaldaunun “Qalatasaray”a keçidini də dəyərləndirib: “Böyük istedadı olan Aleksandru Çiçaldau İspaniyada asanlıqla oynaya bilərdi. Ancaq 6,5 milyon avro qarşılığında “Qalatasaray”a keçdi”.