12:34 08-10-2021
news_image
64
FUTBOL

Uruqvay millisinin iki futbolçusu zədələndi

Uruqvay millisinin və İspaniya “Atletiko”sunun iki futbolçusu zədələnib.

Apasport.az saytının məlumatına görə, Luis Suareslə Xose Ximenes DÇ-2022-nin Kolumbiya ilə seçmə oyununda (0:0) xəsarət alıb.

Suares fasilə ərəfəsində rəqib müdafiəçi Yerri Mina ilə toqquşub. Dizindən qan axan hücumçu ikinci hissəyə çıxa bilməyib.

Ximenes isə 59-cu dəqiqədə zədələnib. Yerə yıxılan müdafiəçinin əzələsindən xəsarət aldığı ehtimal olunur. 

Uruqvaylıların durumuna tibbi müayinədən sonra tam aydınlıq gələcək. Onların seçmə mərhələnin növbəti matçlarındakı iştirakı da bundan sonra dəqiqləşəcək.