13:05 08-10-2021
news_image
246
FUTBOL

Autsayderlərin Bakı dueli

Azərbaycan milli komandası sabah növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə görüşəcək.

Bu qarşılaşma Canni de Byazinin yetirmələri üçün formal xarakter daşıyır. Çünki ilk 5 matçında cəmi 1 xal toplayan millimiz final mərhələsi şansını rəsmən itirib.

Komandamız həmişəki kimi, sonuncu olmamaq üçün mübarizə aparır. Yığmanın budəfəki rəqibi turnir cədvəlindəki qonşusu, yeganə xalını aldığı İrlandiya olacaq. Autsayderlərin dueli Bakı Olimpiya Stadionunda keçiriləcək.

Səfərdə uduzmadığımız rəqib ən zəif dövrlərindən birini yaşayır. Bundan yararlanmaq imkanı olan millimiz tsikldə ilk qələbəsini qazanmalıdır. Bu, son pillədən qurtulmaq imkanı verəcək.

Öz meydanında Serbiyaya 1:2, Portuqaliyaya 0:3 hesabı ilə uduzan yığmamız doğma azarkeşləri önündəki xal həsrətinə son qoymalıdır. Düzdür, bu görüşdəki heç-heçə də məğlubiyyətdən fərqlənmir. Çünki bir xal İrlandiyanı keçməyə yetərli olmayacaq. Qarşıdakı çətin Serbiya səfəri ərəfəsində qazanılacaq müsbət nəticə Belqrada da yaxşı əhval-ruhiyyədə yollanmaq imkanı verəcək.

Qeyd edək ki, millimiz növbəti oyununu oktyabrın 12-də Belqradda Serbiyaya qarşı keçirəcək.

DÇ-2022-nin seçmə mərhələsi
Avropa zonası, A qrupu
VII tur, 9 oktyabr
20:00. Azərbaycan – İrlandiya

Baş hakim: Espen Eskas (Norveç)
Bakı Olimpiya Stadionu

1

Portuqaliya

5

4

1

0

11-4

13

2

Serbiya

5

3

2

0

12-7

11

3

Lüksemburq

4

2

0

2

5-8

6

4

İrlandiya

5

0

2

3

5-8

2

5

Azərbaycan

5

0

1

4

3-9

1