12:35 08-10-2021
news_image
79
FUTBOL

Benzema “böyük beşlik”də hamını qabaqladı

“Böyük beşlik” liqalarının ən yaxşı futbolçuları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 35 müxtəlif göstəricinin xüsusi formulla hesablandığı siyahıya Kərim Benzema başçılıq edir. 

“Real”ın fransalı forvardı Məhəmməd Salahla Erlinq Holandı arxada qoyub. Kriştiano Ronaldo və Lionel Messi liderlərdən çox uzaq düşüb. “Mançester Yunayted”in portuqaliyalı ulduzu 7,509 xalla 365-cidir. PSJ-nin argentinalı hücumçusu isə 2,575 xalla 1232-ci yerdədir.

1. Kərim Benzema (“Real”) — 22,881
2. Məhəmməd Salah (“Liverpul”) — 20,640
3. Erlinq Holand (“Borussiya” D) — 19,164
4. Kilian Mbappe (PSJ) — 18,781
5. Edin Dzeko (“İnter”) — 17,323
6. Mikel Oyarsabal (“Real Sosyedad”) - 17,193
7. Əşrəf Hakimi (PSJ) — 16,801
8. Tedji Savanye (“Monpelye”) — 16,664
9. Florian Virts (“Bayer”) — 16,630
10. Dimitri Payet (“Marsel”) — 16,335