12:55 09-10-2021
news_image
183
FUTBOL

273-cü sınaq

Bu gün Azərbaycan millisi növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsində mübarizə aparan yığmamız VII turda İrlandiya ilə üz-üzə gələcək.

Bakı Olimpiya stadionunda təşkil olunacaq qarşılaşma komandamızın tarixində 273-cü sınaq olacaq. İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 272 matça çıxıb. 

Hesabında 51 qələbə və 74 heç-heçə olan yığma 147 dəfə uduzub. Millimiz səfərdə bərabərə qaldığı (1:1) rəqiblə yenə heç-heçə etsə, yubiley sülhünü rəsmiləşdirəcək. Əvvəlki 272 qarşılaşmada 201 qol vuran futbolçularımız 451 top buraxıb. 

Bu, millimizin baş məşqçi Canni de Byazinin rəhbərliyi altında 17-ci sınağı olacaq. İtaliyalı çalışdırıcı ilə keçirilən əvvəlki 16 matçda komandanın hesabında cəmi 2 qələbə var. 5 heç-heçəsi olan milli oyunların yarıdan çoxunda – 9 məğlubiyyət alıb. Növbəti yenilgi sayca 10-cu kimi tarixə düşəcək. Futbolçularımız bu görüşlərdə 9 dəfə fərqlənibsə, rəqiblər 19 qola sevinib. Komandamız de Byazini 10-cu dəfə qola sevindirməyə, 20-ci dəfə üzülməməsinə çalışacaq.

Onun rəhbərliyi altında keçirilən 11 rəsmi xarakterli görüşdə 1 qələbə, 4 heç-heçə və 6 məğlubiyyət qeydə alınıb. 5 qol vuran yığma 13 top buraxıb. 

Portuqaliya ilə qarşılaşma rəsmi turnirlərdə 144-cü matç olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında 143 oyuna çıxan komanda indiyədək 16 qələbə qazanıb və 31 heç-heçə edib. Milli indiyədək 96 dəfə uduzub. Rəqib qapılarına 82 qol vuran futbolçularımız indiyədək 288 top buraxıb. 

DÇ-lərdə 64-cü oyuna çıxacaq komandamızın 7 qələbəsi var. 15 heç-heçə edən milli 41 dəfə uduzub. Əvvəlki 63 seçmə oyunda 32 qola sevinən futbolçularımız 113 top buraxıb.

Qeyd edək ki, Azərbaycan – Portuqalya matçı saat 20:00-da başlayacaq.