13:45 08-10-2021
news_image
146
FUTBOL

“Qəbələ”də mövsümün sonuna qədər müqavilə

Azərbaycan Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Fernan Lopes yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək.

26 yaşlı ispaniyalı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Fernan 2019/20 mövsümündə də “Qəbələ”nin heyətində çıxış edib. O, komandada keçirdiyi 22 oyunda 3 qol vurub. “Selta” klubunun yetirməsi olan Lopes 2011-14-cü illərdə bu klubun B komandasında oynayıb.

O, karyerası ərzində “Kompostela”, “Çoko”, “Ximnastika Seqoviana” və, “Barakaldo” klublarının da formasını geyinib. Fernan 2020/21 mövsümündə Polşa təmsilçisi “Yagelloniya”da çıxış edib. O, bu komandada 11 matçda şans qazanıb.