19:14 08-10-2021
news_image
112
FUTBOL

U-19 Qırğızıstanla bacarmadı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

Apasport.az saytının məlumatına görə, Qəbələdə təlim-məşq toplanışında olan yığmamız hazırlıq çərçivəsində ilk matçına çıxıb.

Komandamız Qırğızıstan millisi ilə yoldaşlıq oyunu keçirib. Qəbələdə keçirilən oyun 1:1 hesablı heç-heçə başa çatıb. Hüseyn Babayevin 45-ci dəqiqədə qırmızı vərəqə aldığı oyunda millimizin qolunu Ege Bilsel vurub. 

Qeyd edək ki, oktyabrın 11-də bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək.