10:01 09-10-2021
news_image
89
FUTBOL

Aleksandar Mitroviç: “Azərbaycan bizə problem yarada biləcək rəqibdir”

“Portuqaliya ilə birinci oyunda rəqib bizə 2 qol vursa da, heç-heçə edə bildik. Çox yaxşı oynadığımızı deməzdim, ancaq əla şanslarımız var idi”.

Apasport.az saytının məlumatına görə, bunu Serbiya yığmasının hücumçusu Aleksandar Mitroviç deyib.

Komandasının DÇ-2022-nin seçmə mərhələsindəki şanslarını dəyərləndirən 27 yaşlı forvard gələn ay Portuqaliyaya qarşı final matçına çıxacaqlarını söyləyib. O, bunun üçün ilk növbədə Lüksemburq və Azərbaycan milliləri üzərində qələbənin vacibliyini vurğulayıb: “Qarşımızda Lüksemburq və Azərbaycana qarşı iki oyun var. Hər iki matç çətin keçəcək. İlk növbədə keyfiyyətləri olan və bizə problem yarada biləcək bu iki rəqibə diqqət yetirməliyik. Portuqaliyaya qarşı son görüşə ən yaxşı motivasiyada çıxmağa çalışacağıq. Portuqaliya əla komandadır. Ancaq onlara qarşı mübarizə apara biləcəyimizi göstərmişik”.

Qeyd edək ki, bu gün Lüksemburqun qonağı olacaq Serbiya yığması oktyabrın 12-də Belqradda millimizi qəbul edəcək.