10:22 09-10-2021
news_image
107
FUTBOL

“Qəbələ”nin sabiq futbolçusu həbs olundu

Vaxtilə ölkəmizdə çıxış edən Nika Kvekveskiri Polşada həbs olunub.

Apasport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, bu il “Lex”ə keçən gürcüstanlı yarımmüdafiəçi sərxoş vəziyyətdə avtomobil sürüb. Bu səbəbdən polis onu həbs edib. 29 yaşlı oyunçu ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Nika Kvekveskiri Azərbaycanda “İnter” (2015-16) və “Qəbələ”nin (2016-17) formasını geyinib.