17:44 09-10-2021
news_image
97
FUTBOL

İki futbolçusu “Arsenal”dan gedir

İngiltərənin “Arsenal” klubunun iki futbolçusu komandanı tərk edəcək.

Apasport.az saytının məlumatına görə, Eynsli Meytlend-Naylz və Məhəmməd El-Neni London təmsilçisindən ayrılmağa qərar verib.

Futbolçular oyun praktikası qazanmadıqları üçün narazıdırlar. Onlar daha çox oynaya biləcəkləri kluba keçmək fikrindədirlər.

Eynsli və Məhəmməd qış fasiləsində klubunu dəyişməyi planlaşdırır. Futbolçuların agentləri artıq axtarışlara başlayıblar. Lakin “Arsenal”ın baş məşqçisi Mikel Arteta bu oyunçuların heyətdə saxlanılmasını istəyir.