14:19 09-10-2021
news_image
128
FUTBOL

Azərbaycan millisinə çatanlar - SİYAHI

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində qrup oyunlarının VII turunun ilk günü başa çatıb.

Apasport.az saytının məlumatına görə, turun ilk günü daha 4 yığmanın Qətər xəyalının üstündən xətt çəkib.

Söhbət final mərhələsinə birbaşa vəsiqə və pley-off şansı rəsmən bitən komandalardan gedir. Latviya G, Malta və Kipr H, Lixtenşteyn İ qrupunda ilk iki yerdən birini tutmaq üçün nəzəri şanslarını da itirib.

Bununla da DÇ-2022-yə vəsiqə üçün mübarizə aparan Avropa ölkələrinin sayı 49-a enib. Belə ki, 55 iştirakçıdan 6-sı Qətər arzusundan əlini üzüb.

Dünənki 4 uğursuzdan öncə 2 komanda da eyni taleyi yaşamışdı. VI tur Azərbaycanla San-Marino üçün finişi formallığa çevirib.