12:16 09-10-2021
news_image
105
FUTBOL

Azərbaycan – Xorvatiya matçının hakimləri açıqlandı

Azərbaycan – Xorvatiya matçının hakimləri açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Xorvatiya ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA qarşılaşmanı Çexiyadan olan hakimlər briqadasına həvalə edib.

Oktyabrın 12-də baş tutacaq oyunu Andrey Berka idarə edəcək. Ona İvo Nadvornik və Matey Vlçek kömək edəcək. 4-cü hakim funksiyasını Pavel Orel yerinə yetirəcək.

Qeyd edək ki, Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək Azərbaycan - Xorvatiya oyunu saat 20:30-da başlayacaq.