22:00 09-10-2021
news_image
906
FUTBOL

Canni de Byazinin biabırçılıq şərhi: "Yaxşı oyun göstərdik"

“Nəticəyə baxmayaraq, ümumilikdə yaxşı oyun göstərdik".

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə keçirilən oyun barədə danışarkən deyib.

Bakı Olimpiya Stadionundakı görüşdə 0:2 hesabı ilə məğlub olan yığmamız yer aldığı A qrupunun sonuncu pilləsində qalıb.

Matçdan sonra "CBC Sport" kanalına müsahibə verən italiyalı mütəxəssis komandamızın çıxışını dəyərləndirib: “6-cı dəqiqədə qol buraxmaq oyunumuza mənfi təsir etdi. 2 top buraxmağımıza baxmayaraq, birinci hissəni yaxşı keçirdik".

- Azərbaycana gəldiyiniz zaman ilk müsahibənizdə demişdiniz ki, uğura inanmaq lazımdır, hər şey yaxşı olacaq. Nələr baş verir?
- Tamamilə razıyam. Bu gün reytinqdə 50-ci yerdə gedən komandaya qarşı çıxış etsək də, oyun baxımından böyük fərq görünmürdü.

- Futbolçular klublarında fərqli, millidə fərqli oyun nümayiş etdirirlər. Bu nədən qaynaqlanır?
- Bütün oyunçuların klubdakı çıxışını izləyirəm. Ən böyük fərq odur ki, klublarında həftədə 7 dəfə məşq edirlər, bu da ayda 28 dəfə edir. Bizim isə hazırlaşmaq üçün qısa vaxtımız olur.

- Üç gündən sonra Serbiya ilə səfər oyununa çıxacaqsınız. Həmin matçla bağlı düşüncələriniz nələrdir?
- Serbiyaya qarşı bütün ürəyimizi ortaya qoymağa çalışacağıq. Heç vaxt düşünə bilməzsən ki, rəqibdən güclüsən. Rəqibə hörmətlə yanaşmaq lazımdır. Biz də orada uğurlu mübarizə aparmağa çalışacağıq.