11:53 10-10-2021
news_image
133
FUTBOL

13 yaşlı futbolçu ölkə idmanının tarixinə düşdü

“Real Solt-Leyk-Siti” akademiyasının yetirməsi Aksel Key ABŞ tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, o, 13 yaşında peşəkar komandanın heyətində iştirak etməklə buna nail olub.

Yeniyetmə oyunçu “Real Solt-Leyk-Siti”nin ehtiyat komandası “Real Monarks”ın heyətində ABŞ-ın MLS-dən sonra ikinci dərəcəli turniri sayılan USL-də “Kolorado-Sprinqs Sviçbeks”ə qarşı görüşdə meydana çıxıb. 

İkinci hissədə mübarizəyə qoşulan Aksel 13 yaş 9 ay 9 günlüyündə oynayaraq, ölkənin peşəkar idmanında iştirak edən ən gənc oyunçu ünvanına yiyələnib.