13:16 10-10-2021
news_image
129
FUTBOL

Millimiz FİFA reytinqində 6,7 xal itirdi

DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə oyunun Azərbaycan milli komandasının FİFA reytinqinə təsiri bəlli olub.

Apasport.az saytının məlumatına görə, VII turun Bakı Olimpiya Stadionundakı matçında qeydə alınan 0:3 hesablı məğlubiyyət xal itkisi ilə nəticələnib.

Canni de Byazinin yetirmələri bu qarşılaşmada 6,7 xal itirib. Son reytinqdə 1158,46 xalla dünyanın 117-cisi olan komandamızın əmsalı 1151,76-ya qədər azalıb. Ötən ay üç oyunda 7,8 xal itirən milli bu dəfə tək bir matçda bunun böyük hissəsi qədər ziyana düşüb. 

Qeyd edək ki, yığmamız oktyabrın 12-də Serbiyanın qonağı olacaq.