14:01 10-10-2021
news_image
95
FUTBOL

Simon Kyer: “Zəng gözləyirəm”

“Milan”ın futbolçusu Simon Kyer İtaliya klubunda qalmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, bunu danimarkalı müdafiəçi özü açıqlayıb.

O bildirib ki, karyerasını Milanın eyniadlı təmsilçisində davam etdirməyin tərəfdarıdır: “Yeni müqavilə imzalamaqla bağlı irəliləyiş yoxdur. Lakin mən “Milan”da oynadığım üçün xoşbəxtəm. Həqiqətən də, bu klubu sevirəm. Uzun müddətdir futboldayam. Bütün fikrimi yeni anlaşmaya yönəltmişəm. Klub mövqeyimi bildiyindən, onlardan zəng gözləyirəm”.

Qeyd edək ki, Kyer 2020-ci ildən “Milan”da oynayır.