16:29 10-10-2021
news_image
135
FUTBOL

Yığma tarixinin ən gənc futbolçuları

Millətlər Liqasının yarımfinal mərhələsində İtaliya üzərində 2:1 hesablı qələbə qazanan İspaniya yığmasının yarımmüdafiəçisi Qavi rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, bununla “Barselona”nın yetirməsi İspaniya yığması tarixinin ən gənc futbolçusu ünvanını ələ keçirib.

Yerli mətbuat isə milli tarixində ən gənc yaşda forma geyinən oyunçuların siyahısını açıqlayıb. Maraqlıdır ki, 6 nəfərin yer aldığı cədvəldə hazırda heyətin 3 üzvü yer alır.

1. Qavi – 17 yaş 62 gün (2021-ci il)
2. Anxel Zubieta - 17 yaş 284 gün (1936)
3. Ansu Fati - 17 yaş 308 gün (2020)
4. Boyan Krkiç - 18 yaş 13 gün (2010)
5. Pedro Requeyro - 18 yaş 20 gün (1928)
6. Pedri - 18 yaş 120 gün (2021)