11:18 10-10-2021
news_image
128
FUTBOL

Serbiya yığmasında daha bir itki

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Serbiya yığması daha bir itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Filip Curiçiç millimizlə qarşılaşmanı buraxmalı olacaq.

Buna səbəb Lüksemburqla keçirilən səfər görüşündə 1:0 hesablı qələbəyə baxmayaraq, “Sassuolo”nun üzvünün sarı vərəqə almasıdır. 28 yaşlı oyunçu görüşün 45+3-cü dəqiqəsində seçmə mərhələdəki ikinci sarı vərəqəsini alıb. Bu isə onun cəzalı duruma düşməsinə səbəb olub. O, oktyabrın 12-də millimizlə Belqraddakı matçda məşqçilər korpusunun sərəncamında olmayacaq.

Qeyd edək ki, Lüksemburqla oyunda sarı vərəqə alan Strahinya Pavloviç də cəza ucbatından yığmamıza qarşı iştirak etməyəcək.