09:12 11-10-2021
news_image
182
FUTBOL

Messi Levandovskiyə çatdı

DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin XI turunda Uruqvayı qəbul edən Argentina millisi 3:0 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, bu matçda ilk qolun müəllifi olan Lionel Messi dünya çempionatlarının seçmə mərhələlərində qol sayını 27-yə çatdırıb.

34 yaşlı superulduz bununla bombardirlər yarışında 5-ci pilləni bölüşən Robert Levandovski (Polşa) və Kazuyesi Miuroya (Yaponiya) çatıb. DÇ-nin seçmə mərhələləri tarixinin ən məhsuldar oyunçusu isə 39 topla qvatemalalı Karlos Ruizdir. İlk "dördlüy"ün digər sakinləri müvafiq olaraq Əli Dai (İran - 35 qol), Kriştiano Ronaldo (Portuqaliya - 33) və Kərim Baqeridir (İran - 28).

Qeyd edək ki, DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsində 6 qola imza atan Lionel Messi bombardirlər yarışında braziliyalı Neymarla birlikdə ikinci pillədədir. Ən məhsuldar oyunçu Marsel Morenonun (Boliviya) aktivində 8 top var.