09:22 11-10-2021
news_image
111
FUTBOL

Benzema hamını qabaqladı - Deşam 4-ə çatdı

Fransa millisinin hücumçusu Kərim Benzema karyerasındakı titulların sayını artırıb.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu Millətlər Liqasını qazanmaqla buna nail olub.

Komandasının finalda İspaniya üzərində 2:1 hesablı qələbə qazanmasına 1 qolla töhfə verən və matçın ən yaxşısı seçilən 34 yaşlı forvard 26-cı tituluna sahib çıxıb. Bununla o, fransalı futbolçular arasında ən çox kubok qazanma rekorduna yiyələnib. Benzema "Lion"la 7, "Real"la isə 18 titul əldə edib.

Fransızların baş məşqçisi Didye Deşam isə millidə 4-cü tituluna yiyələnib. Təcrübəli mütəxəssis yığmaya 2018-ci ildə dünya çempionluğunu da qazandırıb. Deşam futbolçu kimi isə DÇ-1998 və AVRO-2000-in qalibi olub.