10:13 11-10-2021
news_image
238
FUTBOL

Duşan Tadiç: “Azərbaycanı da məğlub edəcəyik”

“Lüksemburqa qarşı daha yaxşı oynamalı idik. Rəqib çox yaxşı çıxış etdi”.

Apasport.az saytının məlumatına görə, bunu Serbiya yığmasının yarımmüdafiəçisi Duşan Tadiç DÇ-2022-nin seçmə mərhələsində Lüksemburq üzərində 1:0 hesablı qələbə qazandıqları oyun barədə danışarkən deyib.

33 yaşlı futbolçu pleymeyker sabah Azərbaycan millisinə qarşı keçiriləcək oyun barədə də fikirlərini bildirib. “Ayaks”ın üzvü qələbə qazanacaqlarından əmin danışıb: “Lüksemburqla görüşü unudacağıq. Pis-yaxşı 3 xal əldə etdik. Artıq növbəti oyuna köklənmişik. Azərbaycanı da məğlub edəcəyik. Ondan sonra Portuqaliyaya qarşı final matçına hazırlaşacağıq”.

Qeyd edək ki, Sabah Belqradda keçiriləcək Serbiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.