10:42 11-10-2021
news_image
70
FUTBOL

Sergey Milinkoviç-Saviç Azərbaycanla görüşə 3 xal gözü ilə baxır

“Lüksemburq önündə bir az əziyyət çəkdik. Zəif oynadığımız zaman da qələbə qazanmaq vacibdir”.

Apasport.az saytının məlumatına görə, bunu Serbiya yığmasının yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla oyun barədə danışarkən deyib.

Komandasının 1:0 hesablı qələbəsini dəyərləndirən “Latsio”nun ulduz futbolçusu artıq bütün diqqətlərini Azərbaycan millisi ilə görüşə cəmlədiklərini söyləyib. O, gələn ay Portuqaliya ilə keçiriləcək son matça intriqanı saxlamaq üçün qələbədən başqa yollarının olmadığını vurğulayıb: “Bu cür oyunlarda 3 xal qazanmaq mütləqdir. Son oyun Portuqaliyaya qarşı olacaq. Birincilik şansını həmin vaxta qədər qorumaq istəyirik. Bu baxımdan Azərbaycanla görüş önümüzdə maneə olmamalıdır”.

Qeyd edək ki, sabah Belqraddakı “Rayko Mitiç” stadionunda keçiriləcək Serbiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.