22:25 11-10-2021
news_image
205
FUTBOL

Azərbaycandan getdi - modelliyə başladı

“Səbail”in sabiq qapıçısı Nikolas Hagen özünə yeni peşə tapıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycanı tərk etdikdən sonra Norveçə köçən qvatemalalı qolkiper modelliyə başlayıb.

Yayda ikinci liqa təmsilçisi “Ham-Kam”a keçən 25 yaşlı futbolçu 15 ildir fəaliyyət göstərən bir mağazanın siması seçilib. Hagen həmin mağazanın geyimlərini reklam edib. O, xüsusən də, idman geyim dəstlərində kameralar qarşısına çıxıb.

Qeyd edək ki, Nikolas Hagen ötən mövsümü “Səbail”də keçirib.