12:20 11-10-2021
news_image
115
FUTBOL

Çempion Braziliyadan oyunçu gətirdi

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Araz-Naxçıvan” heyətinə daha bir futzalçı cəlb edib. 

Futzal Federasiyasından apasport.az saytına verilən məlumata görə, yayda iki braziliyalı futzalçı ilə güclənən son çempionun növbəti transferi də “sambaçı”dır. 

Əsasən müdafiədə yer alan David Qustavonun son klubu vətənində “Campo Mourao” olub. 25 yaşlı futzalçı artıq klubun heyətində qeydiyyata salınıb və o, Yüksək Liqanın oyunlarında da iştirak edə biləcək.