12:45 11-10-2021
news_image
82
FUTBOL

Milli komandaların ən yaşlı qolçuları - ADLAR

UEFA-ya üzv olan bütün ölkələrin milli komandaları tarixində qol vuran ən yaşlı futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 55 yığmanın oyunçuları arasında ən yaşlı 19 qolçunu təqdim edib.

İki gün əvvəl Qətərlə keçirilən yoldaşlıq görüşündə (3:0) fərqlənən Portuqaliya yığmasının müdafiəçisi Joze Fonte də bu siyahıya düşməyi bacarıb. 37 yaş 291 günlüyündə fərqlənən Fonte milli komandalar tarixinin ən yaşlı 18-ci qol vuran oyunçusudur. O, ölkəsi Portuqaliya yığmasının isə bu baxımdan rekordçusuna çevrilib.

Siyahıya isə ingiltərəli Stenli Mettyu başçılıq edir. O, 1956-cı ildə Şimali İrlandiya (1:1) ilə qarşılaşmada fərqlənəndə 41 yaş 248 günlüyündə olub. Baxtiyar Bayseyitov (Qazaxıstan – 39 yaş 311 gün) ikinci, Morten Olsen (Danimarka - 39 yaş 308 gün) isə üçüncü pillədə qərarlaşıb.

İsveç millisinə qayıdan Zlatan İbrahimoviç qol vura bilsə, Mettyu ilə yanaşı, 40 yaşdan sonra qol vuran ikinci futbolçu olacaq.

1

Stenli Mettyu

İngiltərə

41 yaş 248 gün    

2

Baxtiyar Bayseyitov

Qazaxıstan

39 yaş 311 gün

3

Morten Olsen

Danimarka

39 yaş 308 gün

4

Yari Litmanen

Finlandiya

39 yaş 270 gün

5

Mimis Domazos

Yunanıstan

38 yaş 294 gün

6

Arçibald Qudall

İrlandiya

38 yaş 282 gün

7

İvitsa Vastiç

Avstriya 

38 yaş 257 gün

8

Yan Heyntze

Danimarka

38 yaş 243 gün

9

Billi Meredit

Uels

38 yaş 230 gün

10

Vitali Astafyev

Latviya            

38 yaş 159 gün