00:00 12-10-2021
news_image
163
FUTBOL

Dünyanın 12-ci komandası – Azərbaycan

Futzal üzrə dünya çempionatı başa çatdıqdan sonra milli komandaların reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bu dəfə final mərhələsindən kənar qalan Azərbaycan millisinin mövqeyi dəyişməz qalıb.

Joze Alesionun yetirmələri 1416 xalla dünyada 12-cidir. Yığmamız Avropa ölkələri sırasında 7-ci sıradadır.

Cədvələ mundialın uğursuzu İspaniya başçılıq edir. Dünya üçüncüsü Braziliya sıralamada 2-cidir. Mundialın finalçısı Argentina 3-cü, son çempion Portuqaliya 4-cüdür.

1. Braziliya - 1794
2. İspaniya - 1779
3. Argentina - 1741
4. Portuqaliya - 1693
5. Rusiya - 1697
6. Qazaxıstan - 1601
7. İran - 1580
8. İtaliya - 1510
9. Xorvatiya - 1500
10. Paraqvay - 1482
11. Kolumbiya - 1444
12. Azərbaycan – 1416
13. Ukrayna - 1407
14. Mərakeş - 1388
15. Yaponiya – 1351