15:55 12-10-2021
news_image
73
FUTBOL

Meydan sahiblərinin günü

Azərbaycan millisi növbəti seçmə oyununu bu gün keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız DÇ-2022-nin seçmə mərhələsində Serbiyanın qonağı olacaq.

Bu, komandamızın oktyabrın 12-də keçirdiyi 5-ci matç olacaq. Əvvəlki 4 oyunun hamısında meydan sahibləri quru hesablı qələbə qazanıb.

Millimiz bir dəfə evdə oynayaraq qalib gəlibsə, səfərdəki üç sınaqdan əliboş dönüb.

Yığmamız oktyabrın 12-də:
12 oktyabr 1994. Mielets. AÇ. Polşa – Azərbaycan – 1:0
12 oktyabr 2002. Helsinki. AÇ. Finlandiya – Azərbaycan – 3:0
12 oktyabr 2005. Kardiff. DÇ. Uels – Azərbaycan – 2:0
12 oktyabr 2010. Bakı. AÇ. Azərbaycan – Türkiyə - 1:0