16:32 11-10-2021
news_image
100
FUTBOL

Draqan Stoykoviç: "Azərbaycana qarşı nə qədər hücumçuya ehtiyacımız olsa, o qədər də oynadacağıq"

“Futbol dəyişdi, bu gün hər kəs çox yaxşı oynayır”.

Apasport.az saytının məlumatına görə, bunu Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyunla bağlı danışarkən deyib.

Təcrübəli mütəxəssis Belqradda baş tutacaq görüşə qələbə üçün çıxacaqlarını söyləyib: “Mənim üçün Lüksemburqdakı matç rəqabətli keçdi. Qol vurmaq üçün 9 şans yaratdıq, sonda 1:0, hesabı ilə qalib gəldik. “Hər şans qol ola bilməz. Son matçı təhlil etdik, oyunçuların yanaşma tərzindən məmnunam, matçı ciddiyə aldılar. Məğlubiyyətə psixoloji hazırlığın da olmalıdır. İstənilən oyunda önəmli olan qələbə qazanmaqdır, bu da asan olmur”.

Çalışdırıcı cəza limitində olan oyunçulara istirahət verilib-verilməyəcəyi ilə bağlı sualı bu cür cavablandırıb: “Portuqaliya ilə oyunöncəsi 6 futbolçunun cəza limitində olduğunu bilirik. Ancaq həmin qarşılaşma barədə düşünməyə vaxtımız olacaq. Hansı heyəti meydana çıxaracağıma oyun günü qərar verəcəyəm. Üzərimizdə heç bir təzyiq yoxdur. Ağıllı oynamalıyıq. Matçın taleyini həll edəcək heyəti qurmağa çalışacağam”.

“Futbolda hər şey vacibdir, ən başlıcası qalib gəlmək və yaxşı oynamaqdır. Azərbaycana qarşı oynamağın nə fərqli var? Hücumda keyfiyyətli oynamaq istəyirik. Nə qədər hücumçuya ehtiyacımız olsa, o qədər də oynadacağıq. Bu matçı ciddiyə alırıq. Bütün parametrlər baxımından vacib görüşdür. Bu, indiyə qədər keçirdiyimiz qarşılaşmalardan az əhəmiyyət kəsb etmir”.