20:47 11-10-2021
news_image
95
FUTBOL

Uroş Matiç: "Azərbaycanın şansı çox azdır, Serbiya qələbə qazanacaq"

“Serbiya – Azərbaycan oyunu ilə maraqlanıram, matçı izləyəcəyəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Uroş Matiç deyib.

Ölkəsinin mətbuatına açıqlama verən serbiyalı futbolçu DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Serbiya – Azərbaycan görüşündə doğma komandasını favorit sayıb: “Hər iki komandada dostlarım var. Sirr deyil ki, Serbiya favoritdir, çünki ev sahibidir və son vaxtlar evdə yaxşı oyunlar və nəticələr göstərir. Azərbaycanda belə göstəricilər yoxdur. İrlandiyaya 0:3 hesablı məğlubiyyət yəqin ki, onlara ağır zərbə vurdu. Amma komandanın çox qədər zəif olması ilə bağlı verilən fikirlərlə razı deyiləm. Düzdür, real düşünsək, Azərbaycanın şansları çox azdır. Serbiya üçün İrlandiya ilə oyundakı kimi, asan olmayacaq. Azərbaycan yığması adəyən Serbiyaya qarşı yaxşı oyunlar göstərir”.

31 yaşlı orta sahə oyunçusu proqnoz da verib: “Serbiya 2:1 hesablı qələbə qazanacaq”.

Qeyd edək ki, sabah Belqradda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.