21:05 11-10-2021
news_image
125
FUTBOL

Ramil Şeydayev: "İtirəcək bir şeyimiz yoxdur”

“Qrupda itirəcək bir şeyimiz yoxdur”.

Apasport.az saytının məlumatına görə, bu sözlər Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev məxsusdur.

Yığmamız DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sabah Serbiyanın qonağı olacaq.

Oyunöncəsi mətbuat mətbuat konfransına qatılan hücumçu təəssüratlarını bölüşüb: “Ölkəmiz, ailəmiz, azarkeşlərimiz üçün oynamalıyıq, var gücümüzlə mübarizə aparmalıyıq. Biz bura elə-belə gəlməmişik. Ümid edirəm ki, sabah bizim üçün hər şey yaxşı olacaq. Çalışacağıq öz oyunumuzu oynayaq və qələbə qazanaq”.

Qeyd edək ki, Belqradda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.