22:18 12-10-2021
news_image
332
FUTBOL

Xorvatiya yığmamıza “5” verdi - YENİLƏNİB

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AVRO-2023-ün seçmə mərhələsində dördüncü oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, A qrupunda mübarizə aparan yığmamız Xorvatiya ilə qarşılaşıb.

Bu, Milan Obradoviçin yetirmələrinin ardıcıl ikinci ev sınağı olub. Gənclər dörd gün əvvəl Finlandiya ilə qollu bərabərə (1:1) qaldığı Sumqayıtda eyni nəticəni təkrarlaya bilməyib. Komandamız səfərdə 0:2 hesabı ilə yenildiyi Xorvatiyaya bu dəfə daha böyük hesabla uduzub.

İqor Bişçanın kollektivi ilk hissədəcə vurduğu 4 cavabsız qolla matçın taleyini həll edib. Yığmamızın gücü yalnız penaltidən vurulan təsəlli topuna çatıb. 70-ci dəqiqədə Turan Vəlizadə qırmızı vərəqə almaqla gənclərimizi meydanda azlıqda qoyub. Qalan dəqiqələrdə qapısında daha bir top görən futbolçularımız darmadağına məruz qalıb. Xorvatiya isə itkisiz yoluna davam edərək, liderliyi ələ keçirib.

Avstriyadan (0:6) sonra ikinci böyükhesablı məğlubiyyətini alan komandamızın qələbə həsrəti ən azı bir ay da davam edəcək.

Qrupun bu gün keçirilən digər oyunlarında Norveç Estoniyanı 3:0, Finlandiya isə Avstriyanı 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan yığması qrupda növbəti oyununu noyabrın 12-də Avstriyaya qarşı keçirəcək. Həmin görüşün “Bakcell Arena”da baş tutması gözlənilir.

U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsi
A qrupu, 12 oktyabr
20:30. Azərbaycan – Xorvatiya - 1:5

Qollar: Musa Qurbanlı, 55 (pen.) - Roko Simiç, 9, 13, 44 (pen.), Nikola Soldo, 25, David Çolina, 81
Qırmızı vərəqə: Turan Vəlizadə, 70
Baş hakim: Andrey Berka (Çexiya)
Azərbaycan: 22. Nicat Mehbalıyev, 2. Samet Karakoç, 3. Arsen Ağcabəyov, 4. Cəlal Hüseynov, 6. İldar Ələkbərov, 7. Turan Vəlizadə, 8. Səbuhi Abdullazadə, 17. Rüfət Abdullazadə (k), 18. Mustafa Yıldırım, 19. İsmayıl Zülfüqarlı, 20. Abdulla Rzayev
Ehtiyat oyunçular: 1. Rüstəm Samiqullin, 5. Rauf Hüseynli, 9. Musa Qurbanlı, 10. Asim Əlizadə, 11. Camal Cəfərov, 13. Ramin Əhmədov, 14. Vüsal Əsgərov, 15. Nihad Quliyev, 16. Ədilxan Qarəhmədov
Baş məşqçi: Milan Obradoviç
Xorvatiya: 12. İvor Pandur, 3. David Çolina, 4. Boşko Şutalo (k), 5. Yosip Şutalo, 7. Antonio Marin, 8. Jurica Prşir, 11. Lukas Kacavenda, 15. Ante Palaversa, 16. Martin Baturina, 21. Nikola Soldo, 22. Roko Simiç
Ehtiyat oyunçular: 1. Dominik Kotarski, 6. Hrvoje Smolçic, 9. Marin Ljubiçic, 13. Kreşimir Krizmanic, 14. Mario Vuşkoviç, 17. Yakov-Anton Vasili, 18. Stipe Biuk, 19. Marko Bulat, 20. Gabriel Vidovic
Baş məşqçi: İqor Bişcan
Sumqayıt. “Kapital Bank Arena”

1

Xorvatiya

4

4

0

0

12-3

12

2

Norveç

4

3

0

1

13-4

9

3

Avstriya

5

3

0

2

14-6

9

4

Finlandiya

4

2

1

1

7-4

7

5

Azərbaycan

4

0

1

3

2-14

1

6

Estoniya

5

0

0

5

0-17

0