10:39 12-10-2021
news_image
80
FUTBOL

İqor Bişçan: “Bunu Azərbaycanda təsdiq etməmək ayıb olar”

“Qrupda indiyə qədər keçirdiyimiz oyunlarda futbolçularım ciddiliyini qoruyub”.

Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Xorvatiya yığmasının baş məşqçisi İqor Bişçan deyib.

AVRO-2023-ün seçmə mərhələsinin A qrupunda keçirdiyi ilk 3 oyunun hamısında qələbə qazanan Xorvatiya bu gün Azərbaycan millisinin qonağı olacaq.

Bişçan öz meydanlarındakı 2:0 hesablı qələbəyə baxmayaraq, Sumqayıtda onları daha çətin mübarizənin gözlədiyini söyləyib: “Oyunçularım ilk 3 görüşdə məsuliyyətli olduqlarını sübut etdilər. Bunu Azərbaycanda bir daha təsdiq etməmək ayıb olar. Azərbaycanı evdə məğlub etsək də, onlar bu dəfə Qoritsadakından daha güclü oynayacaqlar. Norveçlə matçdan sonra Azərbaycana uzun yol qət etmişik. Asan olmayacaq. Uşaqların matçın vacibliyini dərk etmələri üçün hər şeyi edəcəyik”.

Qeyd edək ki, bu gün “Kapital Bank Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya matçı saat 20:30-da başlayacaq.