11:47 12-10-2021
news_image
126
FUTBOL

Serbiya - Azərbaycan: Kim güclüdür?

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Serbiya - Azərbaycan oyununun əmsalları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Belqradda təşkil olunacaq görüşdə qonaqları aşkar favorit hesab edir.

Bu gün baş tutacaq matçda Azərbaycanın qələbəsi 21,00, rəqibin qalib gəlməsi 1,16 əmsaldır. Matçda heç-heçəyə 8,80 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma saat 22:45-də başlayacaq.