13:20 12-10-2021
news_image
51
FUTBOL

Roten “Qızıl top”u ona verilməsini istəyir

Fransa millisinin sabiq futbolçusu Jerom Roten “Qızıl top” mükafatına həmyerlisi Kərim Benzemanı layiq görür.

Apasport.az saytının məlumatına görə, 43 yaşlı mütəxəssis Fransa yığmasının və “Real”ın forvardının builki çıxışı ilə bu titula yiyələnməli olduğunu düşünür.

Roten “Qızıl top”u ən çox qazanan Lionel Messi və Kriştiano Ronaldonun artıq yarışın içində olmayacağını iddia edib: “Kərim “Qızıl top”u qazana bilər. Kimsə qazanılan titulları ön plana çəkəcək. Bu, meyarlardan biridir. Ancaq fərdi çıxışları, futbolçunun xarizmasını, ədalətli oyununu unutmaq olmaz. Bu baxımından Benzemanın bənzərləri azdır. O, karyerasının zirvəsinə Kriştiano Ronaldo “Real”dan getdikdən sonra çatdı. Ronaldonun statistikası, Messinin isə istedadı var. Ancaq onlar artıq qocalıb, “Qızıl top” yarışına qatılmayacaqlar. Bu mükafatı Benzemaya verin”.

Qeyd edək ki, “Qızıl top” mükafatına 30 namizəd arasında Benzema da, Messi də, Ronaldo da var.