13:38 12-10-2021
news_image
521
FUTBOL

Mahir Emrelinin təkrar testi neqativ çıxdı

Mahir Emrelinin təkrar koronavirus testi neqativ çıxıb.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı “Legiya”nın mətbuat xidmətinin rəhbəri İzabela Kruk yayıb.

Polşa klubunun rəsmisi sosial şəbəkədə paylaşımında Azərbaycan millisinin düşərgəsində olan və koronavirusa yoluxduğu üçün Serbiya ilə bu gün keçiriləcək görüşü buraxacaq 24 yaşlı forvardın səhhətinin yaxşı olduğunu yazıb: “Mahir Emrelinin koronavirus testinin pozitiv çıxdığı açıqlandıqdan sonra tibbi heyətimizin tələbinə əsasən təkrar test götürüldü və nəticə neqativ oldu. Futbolçu peyvənd olunub, heç bir simptom yoxdur”.

Qeyd edək ki, Serbiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.