15:11 12-10-2021
news_image
92
FUTBOL

Runi qoyunlardan şikayət etdi

“Derbi Kaunti”nin baş məşqçisi Ueyn Runi qeyri-adi problemlə üzləşib.

Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in əfsanəvi futbolçusunun villasının ətrafında qoyunların gəzişməsi ailəni narahat edir.

Çeşiredəki 27 milyon dollarlıq villada yaşayan Runi ətrafdakı 200 qoyun üçün tövlə tikilməsini tələb edib. Yerli təsərrüfat nümayəndələri tikintiyə başlamaq üçün səlahiyyətlilərdən icazə istəyib.

Qeyd edək ki, “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo İngiltərəyə qayıtdıqdan sonra eyni problemlə üzləşdiyi üçün ötən ay evini dəyişib.